Daxili siyasət

Oğuzun yeni icra başçısı kollektivə təqdim olundu

Oğuzun yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub.

Demokrat.az xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.

D
demokrat.az