Hadisə

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Qəza nəticəsində 2006-cı il təvəllüdlü L.Cəlilov və 1995-ci il təvəllüdlü A.Əsgərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova