Hadisə

Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapıldı

Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapıldı

Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batmış 17 yaşlı gəncin cəsədi tapılıb.

FHN-dən Demokrat.az-a verilən xəbərə görə, iyulun 14-də Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az