Kriminal Özəl

Qardaş qardaşı taxta parçası ilə döydü —TƏFƏRRÜAT

Qardaş qardaşı taxta parçası ilə döydü —TƏFƏRRÜAT

Balakən rayonunda 1981-ci il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Vaqifə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə Balakən rayonunun Qazma kəndində baş verib. Kənd sakini Vüqar qardaşı Vaqifə yaşadığı evdə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətlər yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisəni törədən zaman sərxoş vəziyyətdə olub. O, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını istəyib.

Zərərçəkmiş isə ifadəsində göstərib ki, qardaşı ona əl və taxta parçası ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bu işə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova