Hadisə

Qaxda 2 avtomobil toqquşub: Xəsarət alanlar var

Qaxda 2 avtomobil toqquşub: Xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçen hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova