Gündəm Özəl

“Bağçalarda doğru-dürüst, psixologiyası yerində olan şəxslər işləməlidir” — AÇIQLAMA

“Bağçalarda doğru-dürüst, psixologiyası yerində olan şəxslər işləməlidir” — AÇIQLAMA

Bildiyimiz kimi, Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçadan yayıla görüntülər müzakirələrə səbəb olub. Qonşu tərəfindən çəkilən görüntüdə müəllim uşağa şiddət göstərir və onu təhqir edir. Hadisədən sonra bağçanın müdiri və müəllimi işdən çıxarılıb.

Lakin dövlət bağçalarında müəllimlərin bu cür davranışlarının tez-tez şahidi oluruq. Bu nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, sözügedən bağçada müəllim tərəfindən şagirdə şiddət göstərilməsi qonşulardan biri tərəfindən çəkilib ictimailəşdirilməsəydi, bu hal hər gün yaşanacaqdır və proses elə də davam edəcəkdir.

Elçin Əfəndi qeyd edib ki, bu kimi halların da qarşısını almaq üçün mütləq burda həm təhsil verənlər, o cümlədən də müəssisə rəhbəri doğru-dürüst psixologiyası yerində olan şəxslər işə gətirilməlidir:

“Bağçalarda doğru-dürüst, psixologiyası yerində olan şəxslər işləməlidir” — AÇIQLAMA

“Bağçalarda 2 il əvvələ qədər istər müəllimlərin işə qəbulu, istərsə də bağça müdirinin işə qəbulu yerli icra hakimiyyətlərinin ixtiyarında idi. Onlar da bağça təhsili, məktəbə qədər təlim tərbiyə ixtisasını bitirməyən şəxsləri necə istədilər qəbul edirdilər və prosesə cəlb edirdilər. Bunun da məntiqi nəticəsi olaraq biz neçə illərdir bağçalarda xoşagəlməz halların şahidi oluruq.

Burada istər şagirdlərin qidalarının oğurlanması, istərsə də bağça müdiri və müəllimlər tərəfindən şagirdlərə qarşı zorakılıq, bullinq və s. halları müşahidə olunurdu.

Sadəcə son illər dövlət başçısının müvafiq sərəncəmına əsasən məktəbə qədər təhsil müəssisələrinin artıq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, bu istiqamətdə mərkəzləşmiş qaydada həm imtahanların keçirilməsi, həm də şagirdlərin qəbulu prosesinə başlanıldı. Tədricən gözləntimiz ondan ibarətdir ki, bağçada bu vaxtacan müxtəlif üsularla prosesə qəbul olan şəxs sıradan çıxardan çıxarılıb, ondan sonra bu şəffaf sistem qurulmalı və yaradılmalıdır.

Məktəbə qədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin bağça müdiri və müəllimi vəzifəsindən kənarlaşdırmasə doğru qərardır. Bu məsələ istiqamətdə görünən odur ki, Təhsil Nazirliyi, o cümlədən agentlik görəcəyi işləri sürətləndirməlidir. İstər sertifikasiya, istər diaqnostika və digər üsullarla faktiki çalışan bağçalarla bağlı müəyyən addımlar atılmalıdır”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova