Hərbi

Zakir Həsənovun müavinlərinin sayı AZALDILDI

Zakir Həsənovun müavinlərinin sayı AZALDILDI

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.

Demokrat.azxəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.

Nazirlikdən faktı Trend-ə təsdiq ediblər.

D
demokrat.az