Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən NATO Liderlər Zirvəsi ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, Peskov NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru irəliləməyə davam etdiyini qeyd edərək alyansın Ukraynaya doğru genişlənməsinin Rusiyanın təhlükəsizliyi üçün “qəbuledilməz” təhdid olduğunu bəyan edib.
Peskov “NATO Liderlər Zirvə toplantısında qəbul edilən bəyannamə göstərir ki, Rusiyanın Avropa və ABŞ-dakı əleyhdarları Ukrayna məsələsində sülh və dialoq tərəfdarı deyillər. Şimali Atlantika Alyansı təhlükəsizliyi təmin etmək üçün alət deyil, münaqişə üçün bir vasitədir" deyib.
Əfsanə Rəcəb Demokrat.az


