Xarici siyasət Özəl

Politoloq: “Yeni dünya nizamı qurulur”

Politoloq: “Yeni dünya nizamı qurulur”

Xəbər verdiyimiz kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun 75 illiyi ilə bağlı keçirilən anım tədbirində çıxış edən NATO-nun Baş katibiYens Stoltenberq“Rusiyanın qalib gəlməsinə imkan verməyəcəyik” deyib.

Həmçinin, ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə dəstəyi də vəd edib.

ABŞ-da keçirilən zirvə görüşündə Ukraynaya verilən dəstəkdən sonra Rusiya hansı addımları atacaq?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, artıq Qərb koalisiyası yeni bir qütbdə formalaşır.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, yeni dünya nizamı qurulur və NATO-nun keçirilən bu zirvəsi də məhz Rusiya və Çinə qarşı yeni alyans formalaşmasına gətirib çıxarıb:

ABŞ-da NATO-nun zirvə görüşü keçirildi və bu zirvə görüşü Rusiya-Ukrayna arasında davam edən hərbi və siyasi böhran fonunda keçirilir. Xüsusilə, ABŞ başda olmaqla, Qərb koalisiyası formalaşıb.

NATO 2025-ci ilə kimi Ukraynaya 25 milyard dollar məbləğində silah-sursat çatdıracaq. Rusiyaya qarşı sanksiyalar, Ukraynaya dəstək və müharibənin məhz Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində müharibənin aparılması dəstəklənir.

Göründüyü kimi, bu zirvə görüşündə Rusiya ilə atəşkəs, dialoq və sülh məsələləri gündəmə gəlsə də, əsas məsələ ABŞ öz ətrafında NATO-nun çətiri altında Qərb koalisiyasını formalaşdırır.

Əvvəlki dövrlərdən fərqli olaraq Amerika NATO-nun daha da güclü bir təşkilat halını alıb. Bu, təkcə Rusiyaya qarşı deyil, Çinə də qarşı Hind-Çin regionunda yeni bir hərbi koalisiya formalaşacaq.

Yəni bu o deməkdir ki, NATO ölkələri silahlanacaq. Proses konkret olaraq dünyanın bölünməsi istiqamətində Rusiya və Çin arasında yeni geosiyasi rəqabət fonunda həyata keçirilir”.

Əfsanə Rəcəb Demokrat.az

D
demokrat.az