23 yaşlı oğlan Kür çayında boğularaq ölüb.
Demokrat.az xəbər verir ki, hadisə ötən gün Mingəçevirdə, çayın 6-cı çimərlik sahəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini Ramiz Kazımov çayda üzərkən boğularaq həyatını itirib.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.


