Dünya Özəl

Stoltenberqdən Rusiya mesajı: “Qalib gəlməsinə imkan verməyəcəyik”

Stoltenberqdən Rusiya mesajı: “Qalib gəlməsinə imkan verməyəcəyik”

ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun 75 illiyi ilə bağlı keçirilən anım tədbirində çıxış edən NATO-nun Baş katibiYens Stoltenberq“Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik” deyib.

Demokrat.az xəbər verir ki, Stoltenberq NATO-nun tarixin ən uzun və ən uğurlu ittifaqı olduğunu bildirib.

ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə dəstəyi vəd edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Stoltenberq ABŞ-nin güclü və möhkəm NATO müttəfiqi olaraq qalacağını gözlədiyini vurğulayıb.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı sualları da cavablandıran Stoltenberq tarix söyləməyin hələ tez olduğunu bildirib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova