Ağsuda avtomobil qəzası baş verib.
Demokrat.apa.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Muradlı kənd istiqamətində baş verib.
Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982 - ci il təvəllüdlü Iİmanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


