Hadisə

Fuad Abbasov bu kanalda veriliş aparacaq

Fuad Abbasov bu kanalda veriliş aparacaq

Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq.

Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.

Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada həbs edilmişdi. Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.

D
demokrat.az