Aktyor Allahverdi Yolçuyev beyin piliəməliyyatı keçirib.
Parkinson xəstəliyindən əziyyət çəkən sənətçi Axşam.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu bildirib. O, 2-3 gün sonra evə buraxılacağını qeyd edib:
"Hazırda bir az ağrılarım var. Qızım yanımdadır. Əməliyyat uğurla keçib.Pilibeynimə yerləşdiriblər, amma hələ birləşdirməyiblər. 10-15 gün sonra pili birləşdirəcəklər və ondan sonra əlimin əsməsidayanmalıdır. Çox şadam ki, artıq Azərbaycanda bu əməliyyatı da edirlər".


