Dünya Özəl

Rişi Sunakın bağçasını murdarladılar — FOTO

Rişi Sunakın bağçasını murdarladılar — FOTO

İngiltərə hökumətinin İsrailə silah satışına, neft və təbii qaz lisenziyasına etiraz etmək üçün baş nazir Rişi Sunakın Şimali Yorkşirdəki malikanəsinin bağçasına girərək oradakı gölməçəni murdarlayan 4 aktivist saxlanılıb.

Demokrat.az xəbər verir ki, “Youth Demand” adlı qrupdan Oliver adlı fəal və onunla birlikdə olan 3 nəfər qısa müddətdə hadisə yerinə gələn polis tərəfindən malikanədən çıxarılaraq nəzarətə götürülüb.

Beləki, Sunakın ünvanına təhqiramiz ifadələr yazılmış köynək geyinən gənclər malikanənin bağçasındakı gölməçəyə nəcis ediblər.

Qeyd edək ki, Sunak və həyat yoldaşı Akşata Murti malikanəni 2015-ci ildə 2 milyon funt sterlinqə alıb.

Cütlüyün təxminən 730 milyon funt sterlinq sərvətinin olduğu bildirilib. Həmçinin, Murtinin atasının Hindistanın ən zəngin iş adamlarından biri olaraq neft şirkəti BP ilə 1,5 milyard dollarlıq müqavilə imzaladığı vurğulanıb.

Rişi Sunakın bağçasını murdarladılar — FOTO

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova