Hadisə

Masallıya istirahətə gedən Cəlilabad sakini öldü

Masallıya istirahətə gedən Cəlilabad sakini öldü

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.(Report)

NE
Nihadə Eyyubova