Bakıda bir sıra təhlükəli çiməliklər mövcuddur. Qadağaların olmasına baxmayaraq, bura hər il minlərlə insan istirahətə gəlir.
Bəs hansı çimərliklər daha təhlükəlidir?
Məsələylə bağlı FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Demokrat.az-a təhlükəli çimərliklərin adlarını açıqlayıb:
“ Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Şimal-Qres” və “Mil-qaya” , Sabunçuda “Bilgəh”, Nardaran qəsəbəsi aralığında boş sahə və “12-ci dalan”, Ləhiş bağlarında “Estekada”, Nardaranda “Yaxt-klub”, Goradil və Novxanı qəsəbəsi aralığında “Sarıqaya”, Qaradağda “Mayak” olduqca təhlükəli ərazilərdir. Burada təhlükə ondan ibarətdir ki, bu ərazilərdə suyun axın sürəti normadan artıqdır və dərinliklər var. Son illər Xəzər dənizinin səviyyə tərəddüdü nəticəsində suyun səviyəssi azalıb və bu baxımdan da qayalıqlar, çökəkliklər əmələ gəlib. Bu səbəbdən də bir daha vətəndaşlara müraciət edirik ki, xüsusi təhlükəli ərazilərdən istifadə etməkdən çəkinsinlər”.
Aytac Fuadqızı Demokrat.az


