Türkiyənin paytaxtı Ankarada 3 avtomobil toqquşub.
Demokrat.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib və yaralılar xəstəxanaya aparılıb.
Qəza səbəbiylə sözügedən ərazi nəqliyyatın hərəkətinə bağlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


