Dünya Özəl

Fransuaza Hardi öldü

Fransuaza Hardi öldü

Dünyaca məşhur fransalı pop ikonası və aktrisa Fransuaza Hardi 80 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Hardinin ölümünü onun oğlu Tomas Dutronc elan edib.

Qeyd edək ki, Hardiyə 2004-cü ildə lenfoma diaqnozu qoyulub.

Müğənni illər ərzində radioterapiya və müxtəlif müalicələr alıb.

2015-ci ildə vəziyyəti pisləşən Hardi qısa müddətə süni komaya salınıb. Oyandıqdan sonra Hardi danışmaq və nəfəs almaqda problemlər yaşamağa başlayıb.

Aysu Demokrat.az

D
demokrat.az