Şamaxıda yerləşən "Demirçi Hotel&Club" adlı istirahət mərkəzində 1 çaynik çayı müştəriyə 20 manata satıblar.
Demokrat.az xəbər verir ki, bu barədə Vəli Quliyev adlı şəxs sosial şəbəkədə məlumat verib.
Şikayətçinin fikirlərini təqdim edirik:
"Biraz əvvəl yaxın dostlardan biri mənə deyir ki, Şamaxıya gedəndə yol üstü Demirçi Hotel&Club adlı yerdə saxladıq. Bir çaynik çay istədik. Çayı içib, hesabı istəyəndə çay burnumuzdan gəldi. Bir çaynik çaya görə astronomik qiymət - 20 manat çay pulu, hələ utanmazcasına 3 manat da servis pulu aldılar.
Mənə maraqlıdır, o çayın içində nə olub? 2.5 kq ətin qiymətinə çay satırlar. Sonra da deyirlər ki, niyə xalqımız rayonlara getmir, xaricə gedirlər. Siz Gürcüstandan Macarıstana olan təyyarə biletinə çay satanda, əlbəttə vətəndaş da xaricə gedəcək".





