Dünya Özəl

469 fərqli səs — Fillər bir-birini necə çağırır?

469 fərqli səs — Fillər bir-birini necə çağırır?

Afrika filləri xüsusi səslər çıxararaq bir-biriləri ilə ünsiyyət qurur.

Demokrat.az “NTV Türkiye”yə istinadən xəbər verir ki, araşdırma "Nature Ecology and Evolution" jurnalında dərc olunub.

Aparılan araşdırmada Afrika fillərinin bənzər səslər çıxararaq bir-birilərinə müraciət etdikləri aşkar olunub. Tədqiqatçılar 1986-2022-ci illər ərzində Keniyadakı “Amboseli” Milli Parkı və “Buffalo Springs” Təbiət Qoruğunda fillərin çıxardığı 469 fərqli səsi araşdırıblar. Delfinlərin və tutuquşuların həmsöhbətlərinin səslərini təqlid edərək cavab verdiyini bildirən tədqiqatçılar Afrika fillərinin təqlid etmədən bir-birilərini çağırarkən xüsusi səslər çıxardıqlarını öyrəniblər. Fillərin səslərini qeydə alan tədqiqatçılar bu səslərin akustik quruluşunun hansı filin çağırılmasından asılı olaraq dəyişdiyini müəyyən ediblər.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova