Xarici siyasət

Xarici QHT-lər Azərbaycanla bağlı bəyanat yaydı

Xarici QHT-lər Azərbaycanla bağlı bəyanat yaydı

Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.

Demokrat.az xəbər verir ki, bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb.

Bonn bəyanatında nələr var?

Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və evsahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”.

“Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”

Xarici QHT-lərin Bonn bəyanatında həmçinin qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritetləşdirməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.

Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan Kiçik Ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29 üzrə iqlim dəyişikmələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.

Bəyanatın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Rəqəmlər danışır

Son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən ardıcıl dəstək bəyanatları gəlir. Beləliklə, son 4 ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar içərisində inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana olan rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridir.

İmzalayıblar:

1. Joseph Julca, Sustainable Ocean Alliance, Spain 2. Ulrich Nitschke, Piron Global Development, Germany 3. Domenico Palmieri, ISIA - Italian Institute for Asia, Italy 4. Charles Mwangi, Pan African Climate Justice Alliance, Kenya 5. Cherika Ranasinghe, Marine Environment Conservation Society of Sri Lanka, Sri Lanka 6. Kirtan Pandit, Nepalese Youth for Climate Action (NYCA), Nepal 7. Carmine Perito, “Associazione Culturale Internazionale”, Italy 8. Matthias Boehning, International Society for Human Rights, Germany 9. Husna Ahmad, Global One 2015, United Kingdom 10. Shamim Ahmed Mridha, Eco-Network Global, Bangladesh 11. Tolekan Ismailova, “Bir Duino- Kyrgyzstan”, Kyrgyzstan 12. Muhammad Naseer Khan Maqsood, Welfare Foundation, Pakistan 13. Gokul Rajendran, YOUNGO, India 14. Mohammed Saleem Fathima Shamla Mohammed Saleem, Global Youth Climate Connect, Sri Lanka 15. Assem Gebreal, YOUNGO Internal lead in HWG, Egypt 16. Mohamed Bahr, Muslim Council of Elders, United Arab Emirates 17. Laureen Ododa, activist, Kenya 18. Anchal Gautam, HPU&TERI, India 19. Suman Pant Pant, Partnership for Sustainable Development, Nepal 20. Rabeb Aloui, activist, Tunisia 21. Jonathan Dosseh, West African Alliance on Carbon Market and Climate Finance, Togo 22. Ndiaye Gabriel Pierre, activist, Senegal 23. Saikat Das, European Young Engineers, United Kingdom 24. Joseph Silali, Africa Bureau for Climate stories-ABOS, Kenya 25. Upendo Mwakyusa, Call for Environmental Conservation Organization, Tanzania 26. Emily Judd, Higher Committee of Human Fraternity, United Arab Emirates 27. Ratna Singh, Earth Safety Valve, India 28. Abdul Monum Sajjad, Skynok, Pakistan 29. Lameya Alam, activist, Bangladesh 30. Zainab Haroon, activist, Pakistan 31. Sanjana Prithyani, Tata Institute of Social Sciences, India 32. Abdul Monum Sajjad, activist, Pakistan 33. Sree Aadithyan, activist, India 34. Didar Ali, Climate Forward Pakistan, Pakistan 35. Hamza Zeb Jadoon Jadoon, activist, Pakistan 36. Dogukan Şavk, activist, Türkiye 37. Maria Mabood, activist, India 38. Ayush Kumar Gupta, activist India 39. Kamran Ali, Fridays for Future Pakistan, Pakistan 40. M.A.Mahamud Yeamin, Shishu Ullash Organization, Bangladesh 41. Cheikh El Mehdi Zeinabou, Green land, Mauritania 42. Ravindu Nawanjana, CuteFela, Sri Lanka 43. Miles Austin, CMIA, Germany 44. Rifkan Mohammed, EYO, Sri Lanka 45. Mohamed Abderrahmane Cheikh Dah, GreeM, Mauritania 46. Aaradhya Priya, activist, India 47. Qamar Iqbal, Pak Mission Society (PMS), Pakistan 48. Neyha Abbasi, Climate Alliance Pakistan (CAP), Pakistan 49. Kristel Lyn, YOUNGO, Theirworld, Philippines 50. Prabhat Kumar Singh, Earth safety valve, India 51. S Rimesh Dilshan Ranaweera Ranaweera, Global Youth Climate Connect, Sri Lanka 52. Rohini N., SPAD, India 53. Bimasha Chamali Liyanage, activist, Sri Lanka 54. Fathima Asma Mohamed Ashraf Ali, Agrio, Sri Lanka 55. M.G.maheesha dekum malawenna guruge, Sri Lanka fedarestion of youth clubs ,Sri lanka 56. Inkasar Aziz, Youth 4 Eco Justice, Pakistan 57. Qaiser Nawab,“THE” Society International (Together for Health and Education), Pakistan 58. Abdullah Nawa, Global Strategic Institute for sustainable development- GSISD, Pakistan 59. Bishnu Hari Bhatta Bhatta, Partnership for Sustainable Development, Nepal 60. Mehtab Kamal, Fridays for future Pakistan, Pakistan 61. Buddhini Kirulapanage, activist, Sri lanka 62. Muhammad Asif Khan, activist, Pakistan 63. Taslima Akter, UNIC Bangladesh, Bangladesh 64. Lalit Kumar Dogr, Youth of Voluntary Action in Himachal (YouVAH), India 65. Alena Maslova, Dobrosphera, Kyrgyzstan 66. Soibira Saïd Ahamad, “Director générale de l'environnement et des forêts”, Comoros 67. Benjamin Bowler, Unity Earth, Australia 68. Eunice Asinguza, NEMA, Uganda 69. Aman jot Singh, Discover patterns, India 70. Shikha Dhawan, activist, India 71. Girish Pati, YOGI: Youth Organization for Green India, India 72. Muhammad Sheraz Aamir, activist, Pakistan 73. Hari Krishna KR, IYCN, India 74. Luigi Tedesco, C.R.T. srl, Italy 75. Himanshu Dua, ISKCON, India 76. Augustine Joseph, Dolphods Foundation, India 77. Israel Ikani, Climate Solution International, Nigeria 78. Dawda Cham, HELP-Gambia, Gambia 79. Rameen Siddiqui, United Nations Association of Pakistan, Pakistan 80. Jawtha Nafly Nawshad, RCOY APAC, Sri Lanka 81. Tom Sandi, Campaign Against Animal Cruelty and Climate Change, Sierra Leone 82. Emmanuel Muliisa, National Youth Council of Uganda, Uganda 83. Risla Jiffry, activist, Sri Lanka 84. Christabel Kisang, Conserve water, Kenya 85. Alie Porlor Koroma, “Plant a tree to save Life”, Sierra Leone 86. Javaria Zafar, Skillistan, Pakistan 87. Toya Ape, activist, Samui 88. Alok Kumar Chaudhary, Aryabhatt Science Club Ranka, India 89. Qaiser Nawab, “THE” Society International, Pakistan 90. Onesmus Mulima Mulima, FXB Climate Advocates International, Kenya 91. Mohamad Haggag, Egypt The Dream Foundation for Development and Innovation, Egypt 92. Kwame Frmpong Sekyere, Tropenbos Ghana, Ghana 93. Blanca Judith Mujica Acuña, Man up campaign, Peru 94. Dany El-Obeid, MECC, Lebanon 95. Byaundaombe Jean-Paul Longye, Cnetzero DRC, CONGO 96. Harish Raghavendran, YOUNGO, India 97. Saurabh Kumar, SURAKSHA, India 98. Karuna Chandra Das, ISKCON, India 99. Ssembatya Hikimah, African Visual Artists Associates, Uganda 100. Luigi Barberio, “Destinazioni Innovative”, Italy 101. Prashant Kashyap, Satyawati College, DU, India 102. Salim Stokey, youth activist, Netherlands

D
demokrat.az