Hadisə

Binəqədidə on bir yaşlı qız yanaraq dünyasını dəyişdi

Binəqədidə on bir yaşlı qız yanaraq dünyasını dəyişdi

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlər 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyitini aşkarlayıblar.

Yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az