Hadisə

Kombayn sürücüsü faciəvi şəkildə öldü

Kombayn sürücüsü faciəvi şəkildə öldü

Bu gün Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, rayonun Sarıca kəndində 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini düzəldərkən texnika hərəkət etməyə başlayıb.

Nəticədə Qayabaşı kənd sakini olan 61 yaşlı kişi kombaynın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az