Kriminal Özəl

Gəncədə 25 yaşlı oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Gəncədə 25 yaşlı oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Gəncə şəhərində 1999-cu il təvəllüdlü Akif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mayaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadən verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Maya ilə 2020-ci ildə ailə qurub və həmin münasibətdən 1 övladı var: “Hadisə günü saat 14 radələrində Maya mənə azyaşlı uşağımız Sərxanın qaynanam Firəngizin yaşadığı evdə olduğunu dedi və Sərxanı evə gətirməyimi bildirdi. Mən işim olduğunu və Sərxanı gətirə bilməyəcəyimi dedi. Sonra Mayanın telefonda qaynanam ilə barəmdə danışdığını eşitdim. Həmin vaxt bu barədə Mayaya irad bildirdim. Maya həmin vaxt mənə kobud cavab verdi və məni təhqir etdi. Mən əsəbləşib əl zərbəsi ilə Mayanın ağız nahiyəsinə və baş nahiyəsinə vurdum. Sonra Maya anasına zəng edərək bu barədə məlumat verdi”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Akifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova