Dünya Özəl

Şimali Koreyanın gəmisi batdı — 90 hərbiçi öldü

Şimali Koreyanın gəmisi batdı — 90 hərbiçi öldü

Şimali Koreyaya məxsus olan hərbi gəmi ölkənin cənub sərhəd bölgəsinin sularında qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreyaya məxsus xəbər saytı iddia yayıb.

Bildirilib ki, gəminin çevrilməsi nəticəsində 90-a yaxın hərbiçi həlak olub.

Gəmidə 130-dan çox hərbiçinin olduğu və onların sərhəd istehkamlarının tikintisi üçün səfər edərkən çayda batdığı bildirilib.

Qeyd edək ki, Şimali Koreya hökuməti qəza ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Aysu Demokrat.az

D
demokrat.az