Fransada, kosmetik vasitə olan hialuron turşusunun istifadəsinə məhdudiyyət qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, sözügedən maddənin istifadəsi üçün tibbi reseptin olması məcburi hala çevrilib:
“Hialuron turşusu və onunla qarışdırılaraq tətbiq edilə biləcək maddələr artıq resept olmadan satılmayacaq.
Çünki, bu maddədən həddən artıq və həkim məsləhəti olmadan istifadə bir sıra fəsadlara yol aça bilər”.
Qeyd edək ki, hialuron turşusu (HA) qırışları doldurmaq, dodaq, burun və ya yanaqları həcmləndirmək üçün istifadə olunur.
Aysu Demokrat.az


