Almaniyanın Bavariya və Baden-Vürtemberq əyalətlərində güclü yağış daşqınlara səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, sel fəlakətində 5 nəfər həyatını itirib, 1 yanğınsöndürən itkin düşüb.
Vəziyyətlə əlaqədar, Bavariyanın Rosenheim bölgəsində fövqəladə vəziyyət elan edilib.
Bundan əlavə, üç çayın qovuşduğu tarixi Passau şəhərində suyun səviyyəsi 10 metrə yaxınlaşıb.
Qeyd edək ki, bu, son on ildə müşahidə edilən ən yüksək səviyyə olub.
Aysu Demokrat.az


