Sosial Özəl

Türkiyəli ilahiyyatçı alim Azərbaycandan olan gənclərlə görüşdü — FOTOLAR

Türkiyəli ilahiyyatçı alim Azərbaycandan olan gənclərlə görüşdü — FOTOLAR

Azərbaycanda səfərdə olan Avropa Milli Görüş Təşkilatının (İGMG) Dini Söhbətlər üzrə rəhbəri, Almaniyada yaşayan tanınmış ilahiyyatçı alim Ali Börek Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) ofisində bir qrup gənclərlə görüşüb.

Demokrat.az xəbər verir ki, görüş zamanı Ali Börek Azərbaycandan olan gənc hafizlər və ilahiyyatçılara moizələr oxuyub.

Gənclərin sağlam yolda hərəkət etməsi üçün dinin böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu deyən Ali Börek qeyd edib ki, tarixdə əbədi qalmaq üçün yeganə doğru yol müqəddəs Qurani-Kərimin buyurduğu yoldur.

Onun sözlərinə görə, istənilən uğurlu ticarətin kökündə düzgünlük dayandığı üçün müqəddəs Qurani-Kərimdə yazılan ayələr və surələrdən də hər bir gənc iş adamı faydalanmalıdır.

Görüş zamanı Ali Börek ilə gənclər arasında faydalı diskusiyalar aparılıb, onları maraqlandıran suallar dinlənilib.

Görüşün sonunda Ali Börek gənclərlə xatirə fotosu çəkdirib.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az