Hadisə Özəl

Hindistanda daşqın nəticəsində 3 nəfər öldü

Hindistanda daşqın nəticəsində 3 nəfər öldü

Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə “India Today” saytı məlumat yayıb.

Məlumata görə, 1 nəfər su basması, 2 nəfər isə daşqının səbəb olduğu sürüşmədə ölüb.

Həmçinin, yüzlərlə evi su basıb, minlərlə insan isə təbii fəlakətdən zərər çəkib.

Səlahiyyətlilər, bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəsinə başlanıldığını açıqlayıb.

Eyni zamanda, axtarış-xilasetmə işlərinə rəhbərlik üçün Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) bir qrup hərbi təyyarə ilə bölgəyə gəldiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova