Hadisə Özəl

Kəskin istilərdə ölənlərin sayı 13-ə çatdı

Kəskin istilərdə ölənlərin sayı 13-ə çatdı

Hindistanın paytaxtı Dehlidə temperatur 49,9 dərəcəyə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Hindistanın meteorologiya idarəsi məlumat yayıb.

Bildirilib ki, Racastan əyalətinin Caypur şəhərində isti hava səbəbilə daha üç ölüm hadisəsi baş verib.

Bununla da şəhərdə ölənlərin sayı 4 nəfərə, əyalətdə ölənlərin sayı isə ən azı 13-ə yüksəlib.

Ölkənin bəzi bölgələrində "qırmızı həyəcan" siqnalı verilib və isti hava dalğası barədə xəbərdarlıq edilib.

Aysu Demokrat.az

D
demokrat.az