Dünya Özəl

Daşqınlar nəticəsində ölənlərin sayı 200-ə çatır

Daşqınlar nəticəsində ölənlərin sayı 200-ə çatır

Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 169 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, daşqınlarda ölənlərin sayı 169, itkin düşənlərin sayı isə 56 olaraq yenilənib.

Seldən zərər görmüş 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Digər tərəfdən, bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu qeyd olunub.

Vurğulanıb ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır. Ərazidə xilasetmə tədbirləri davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az