Şou-biznes

"Təyyarədə qorxdum, səhhətimdə bu problem yarandı"

Təyyarədə qorxdum, səhhətimdə bu problem yarandı

"İldə iki dəfə sağlamlığımla bağlı yoxlanışagedirəm. Məndə tiroid (zob) var. dərman içirəm. Yalançı düyün deyirlər, toksik deyil. Yeməklə bağlı problemim var. Udquna bilmirəm, çox pis xəstəlikdir. Dünyanın naz-nemətini qarşına qoyurlar, amma udabilmirsən. Yeyəndə mütləq su içməliyəm".

Axşam.az xəbər verir ki,bu sözləriƏməkdar artist Nüşabə Ələsgərli"Həmin Zaur" verilişində deyib. O, səhhətində yaranan problemin təyyarədə qorxduqdan sonra başladığını bildirib:

"Əslində müalicə olunan bir xəstəlikdir. Bu sinir sistemi ilə bağlıdır, keçirdiyim stresə görə olub. Tikə əti nə vaxt yediyim yadıma gəlmir, çeynədikdənsonra kənara qoyuram. Yalnız ətin suyunu içirəm. Meyvələri rəndədən keçirib yeyirəm. Bunun üçün psixoloji dərmanlar içmək lazımdır. Vaxtında ağır stresslər keçirdim. Moskvaya gedərkəntəyyarədə bərk qorxdum, ondan sonra udqunmaqla bağlı problemim başladı. Bəzi adamlar da qorxanda kəkələyir".

NE
Nihadə Eyyubova