“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.
Tenderin adı: “AFB BANK” ASC tərəfindən informasiya təhlükəsizliyi hadisələri və hadisələrin idarə olunması sistemi üzrə proqram təminatının (SİEM) satın alınması Tenderin elan tarixi: 24.05.2024 Tenderin son tarixi : 20.06.2024
04.05.2024-cü il tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir. 20.06.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Proqram təminatına dair ümumi texniki tələblər:
1. Real vaxt analizi, qrafik və hesabat funksiyaları, hadisələrinin izlənməsi, təhlili və idarəedilməsi xüsusiyyətləri; 2. Məhsul müxtəlif vendor məhsulları ilə inteqrasiya edilə biləcək açıq standartlara uyğun olması; 3. Müddətsiz (perpetual) lisenziya; 4. Təklif olunan məhsulun texniki dəstək və təlim xidmətləri olmalı; 5. Mövcud təhlükəsizlik sistemləri ilə (IDS/IPS, zərərli proqramlar əleyhinə, şəbəkə monitorinqi, və s.) inteqrasiyası mümkün olmalıdır; 6. Tenderə təklif verən şirkətlərdən məhsulun təqdimatı və ya pilot testi tələb edilə bilər;
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) -İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; -İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış -Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları -tender təklifi 31.12.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-Optimal qiymət təklifi; -Sənədləşmənin tələb olunan qaydada təşkili; -Sifarişin vaxtında və düzgün qaydada icrası; Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə04.05.2024-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66) ilə əlaqə saxlaya bilərsiniz.


