Kolumbiyanın cənub-qərbində polis əməkdaşları olan əraziyə bombalı hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2-si polis olmaqla 6 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, hücumu naməlum motosikletli şəxslər həyata keçirib.
Əraziyə çoxlu polis qrupları göndərilib.
Hadisədən sonra açıqlama verən Kolumbiya prezidenti Qustavo Petro hücumun "qəbuledilməz" olduğunu bildirib.
Aysu Demokrat.az


