Cənubi Amerikanın Ekvador ölkəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri El Oro əyalətinin Pinas qəsəbəsi olub.
Zəlzələ yerin 88 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar nəticəsində can və mal itkisi olmayıb.
Qeyd edək ki, ölkə seysmik aktivliyin intensiv olduğu “Sakit okean od halqası” adlanan zəlzələ zonasında yerləşir.
Xatırladaq ki, 2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77-dən çox insan həyatını itirib.
Aysu Demokrat.az


