Türkiyənin Elazığ vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:28-də qeydə alınıb.
4 bal gücündəki zəlzələ yerin 4,55 km dərinliyində baş verib.
Qeyd edək ki, zəlzələ ətraf ərazilərdə hiss olunmayıb. Titrəyiş nəticəsində itki və dağıntı qeydə alınmayıb.
Aysu Demokrat.az


