İqtisadiyyat

Mərkəzi Bank yeni 1 qəpik metal pul nişanlarını tədavülə buraxdı

Mərkəzi Bank yeni 1 qəpik metal pul nişanlarını tədavülə buraxdı

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Demokrat.azMərkəzi Banka istinadən xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

D
demokrat.az