Dünya Özəl

Fransada sinaqoqa hücum edildi

Fransada sinaqoqa hücum edildi

Fransanın şimalındakı Rouen şəhərində hücumçu şəxs sinaqoqu yandırmağa cəhd edib.

Demokrat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxt Parisin Rouen şəhərində baş verib.

Yanğın xəbərdarlığı ilə əlaqədar əraziyə polis və xilasetmə qrupları cəlb olunub.

Sinaqoqun damında olan naməlum şəxs bıçaqla polisə hücum etməyə çalışıb.

Hücumçu şəxs polis tərəfindən güllələnərək öldürülüb.

Hazırda, təcavüzkarın şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova