Region Özəl

Gürcüstanın baş naziri Ankaraya səfər etdi

Gürcüstanın baş naziri Ankaraya səfər etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin paytaxtı Ankaraya səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kobaxidzeni ölkə lideri Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Qarşılanma mərasimindən sonra tərəflər arasında ikitərəfli görüş olub.

Nümayəndə heyətləri arasındakı görüşdən sonra prezident Ərdoğan Kobaxidze ilə birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Ərdoğan daha sonra baş nazirin şərəfinə şam yeməyi verəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova