ABŞ Konqresinin mərkəzi olan “Capitol Hill” binasında kokain aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Konqres Polisi açıqlama yayıb.
Açıqlamada, sözügedən maddənin çox sayda insanın olduğu ikinci mərtəbədəki dəhlizdə tapıldığı bildirilib.
Həmçinin, hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi və DNT testinin aparıldığı vurğulanıb.
Xatırladaq ki, 2 iyul 2023-cü ildə Ağ Evdə də kokain aşkarlanmışdı.
Aysu Demokrat.az


