Hadisə

Bakıda avtomobil 18 yaşlı qızı vurdu

Bakıda avtomobil 18 yaşlı qızı vurdu

Bakıda 18 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Bəxtiyarova Həmidə Elçin qızı Təbriz küçəsində yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. H.Bəxtiyarovaya üzün çoxsaylı sıyrılmış və əzilmiş yarası diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.

D
demokrat.az