Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 15.00-a olan məlumatı açıqlayıb.
Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, Şimal- qərb küləyi arabir Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.


