“Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsi hazırlanır. Qanunun məqsədi heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə qanunvericilik sistemində təkmilləşdirmələr etməkdir. Layihədə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulur. Bəs, qanuni addımlar heyvanlara qarşı qəddarlıq hallarının azaldılmasında nə dərəcədə effektivdir?
Sosioloq Elçin Bayramlının fikrincə, cəmiyyətin mədəni səviyyəsi canlılara münasibəti ilə ölçülür. O, Demokrat.az-a açıqlamasında deyib ki, heyvanlara qarşı münasibətdə tez-tez neqativ halların şahidi oluruq, bu, təəssüfedici haldır:

İnsanlarda humanizm, ləyaqət hissləri olmalıdır. Amma bu hisslərin olmadığı insanlara qarşı artıq qanun işə düşməlidir. Əsas məsələ isə qanunun necə tətbiq ediləcəyi və ona nəzarət mexanizminin necə həyata keçiriləcəyi olacaq”.
Törə Zeynallı Demokrat.az


