"Elgizlə izlə" proqramının çəkiliş heyəti uzun müddətdir yataq xəstəsi olan Ağakərimin (Kərim Novruzov) evində olub.
Axşam.az-ın məlumatına görə, meyxanaçı uzun aradan sonra görüntülənib.
Ağakərimin oğlu Kamil Kərimoğluatasının səhhəti ilə bağlı danışıb:
"Əvvəllər biz ata-oğul idik. Atam çox zəhimli insan olub. O münasibəti də saxlayıb. İndi mən atamla dostam. Amma mən onunla yenidənata-oğul olmaq istəyirəm".
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçiüç dəfə insult keçirib.


