Mədəniyyət Özəl

Müslüm Maqomayevin adını daşıyan park və heykəl biabırçı vəziyyətdə — Səfirlik və diaspora nə işlə məşğuldur? (VİDEO/FOTO)

Müslüm Maqomayevin adını daşıyan park və heykəl biabırçı vəziyyətdə — Səfirlik və diaspora nə işlə məşğuldur? (VİDEO/FOTO)

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində yerləşən dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyan park və mərhumun abidəsi baxımsız vəziyyətə düşüb.

Demokrat.az-ın Ukrayna müxbiri xəbər verir ki, hazırda sözügedən parkda yerləşən dahi Müslüm Maqomayevin heykəl abidəsi də acınacaqlı vəziyyətdədir.

Müslüm Maqomayevin adını daşıyan park və heykəl biabırçı vəziyyətdə — Səfirlik və diaspora nə işlə məşğuldur? (VİDEO/FOTO)

Xeyli müddətdir ki, parkın ərazisi və abidənin ətrafı dağılıb. Parkı ziyarət edən insanlar burada dağılmış mənzərəni görəndə məyus olurlar.

Bir neçə ay sonra Azərbaycanın görkəmli bəstəkarı və ictimai xadim, klassik musiqimizin təsisçilərindən biri hesab olunan Müslüm Maqomayevin doğum günü qeyd olunacaq. Ancaq buna baxmayaraq, nə Azərbaycanın Ukraynadakı səfirliyi, nə də bu ölkədə fəaliyyət göstərən diasporamız acınacaqlı vəziyyətdə olan abidə ilə maraqlanmır, Müslüm Maqomayevin adına və irsinə laqeyd münasibət sərgilənir.

Müslüm Maqomayevin adını daşıyan park və heykəl biabırçı vəziyyətdə — Səfirlik və diaspora nə işlə məşğuldur? (VİDEO/FOTO)

Demokrat.az parkın hazırkı vəziyyətini əks etdirən görüntüləri təqdim edir:

Elmar Heydərli Demokrat.az

D
demokrat.az