Türkiyənin Ordu vilayətində iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


