Sosial

Buraxılış imtahanında 4 nəfər maksimal bal toplayıb, 8 nəfərin nəticəsi ləğv olunub

Buraxılış imtahanında 4 nəfər maksimal bal toplayıb, 8 nəfərin nəticəsi ləğv olunub

2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanda iştirakı nəzərdə tutulan 55 587 nəfərdən 422 nəfər imtahana gəlməyib.

Bu barədə Demokrat.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

D
demokrat.az