Hadisə Özəl

Gözəllik kraliçası silahlı hücumda həyatını itirdi

Gözəllik kraliçası silahlı hücumda həyatını itirdi

23 yaşlı gözəllik kraliçası Landi Parraqa silahlı hücuma məruz qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, dəhşətli hadisə Ekvadorun Los Rios əyalətindəki restoranların birində baş verib.

Parraqa hadisə yerində dünyasını dəyişib.

Ekvador Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, gözəllik kraliçasının çirkli pulların yuyulması ilə ittiham olunduğu iddiaları var.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova