Dünya Özəl

Blinken İsrailə səfər edəcək

Blinken İsrailə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayıb.

Məlumata görə, səfər aprelin 30-da baş tutacaq.

Səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha qurudan mümkün hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən bəri regiona 7-ci səfəri olacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova